Xəzər Xəbər

On ayda nəqliyyat vasitələri ilə 1,5 milyarddan çox sərnişin daşınıb

İqtisadiyyat | 13:20 • 24 Noyabr 2018
On ayda nəqliyyat vasitələri ilə 1,5 milyarddan çox sərnişin daşınıb

2018-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 634,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstərib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Xəbər lenti