Xəzər Xəbər

Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı - FOTO

İqtisadiyyat | 17:19 • 10 Noyabr 2018
Gömrükçülər qanunsuz yolla keçirilən mobil telefonlar aşkarladı -

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21120" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan xezerxeber.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa buferinin içərisindən 1 ədəd "X-İnnova T210", 38 ədəd"Etel E3", 10 ədəd "Rivco X10", 6 ədəd "Kigtel A310" markalı mobil telefonlar və 53 ədəd yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar