Xəzər Xəbər

Beş ayda "Azexport.az" portalına 250,2 milyon dollarlıq ixrac sifarişi daxil olub

İqtisadiyyat | 11:55 • 3 İyul 2018
Beş ayda "Azexport.az" portalına 250,2 milyon dollarlıq ixrac sifarişi daxil olub

Beş ayda "Azexport.az" portalına 250,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.


AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.


Departament rəhbəri qeyd edib ki, portala may ayı ərzində 27,7 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə, ötən ilin yanvarından bu il mayın 31-dək portala 95 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 725,2 milyon dollar təşkil edib.

Xəbər lenti

Çox oxunanlar