Xəzər Xəbər

ABŞ: İrandan neft alışını 4 noyabra qədər dayandırın

İqtisadiyyat | 12:43 • 27 İyun 2018
ABŞ:
ABŞ prezidenti Donald Tramp ötən ay ölkəsini İranla nüvə müqaviləsindən çıxarıb. İslam Respublikasının enerji sektorunu hədəf alan sanksiyaları yenidən gündəmə gətirən Birləşmiş Ştatlar bununla Tehranın iqtisadiyyatına zərbə endirmək istəyir.

XəzərXəbər "Reuters"a istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin rəsmiləri Avropa və Asiyaya səfər edərək bu ölkələrin Tehrandan neft idxalını 4 noyabra qədər dayandırmasını istəyib.

Qeyd edək ki, İranın neft naziri səudiyyəli həmkarı ilə 22 iyunda baş tutan görüşdən sonra OPEK-in hasilat müqaviləsi barədə bədbin olmadığını deyib. İki ölkənin nazirləri arasında baş tutan görüşdə istehsal artımına dair rəqəmlər müzakirə olunub.

İrandan gələn açıqlamaya əsasən, ölkə neft hasilatını kondensatlar da daxil olmaqla, gündəlik 3,8 milyon barrel səviyyəsində saxlamağa çalışır.

Xəbər lenti