Xezxerxeber.az-ın məlumatına görə, bu barədə iqtisadçı alim Vüqar Bayramov fikir bildirib.
O hesab edir ki, aqrar sektorda intensiv metodlardan istifadə edilməsinə vacibdir: "Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir. Ən azı ona görə ki, bu halda pambığın maya dəyəri daha yüksək olur və bazarda rəqabət aparmaq imkaları məhdudlaşır. Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ən əsası, aqrar lizinq xidmətlərində şəffaflığın gücləndirilməsinə ehtiyac var ki, fermerlərin texnikaya çıxış imkanları genişlənsin. Güman edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq".