Azərbaycanda baytarlıq
şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat
şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib.
XəzərXəbər xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında” qanunda
dəyişiklik edilir. Layihəyə əsasən, qida təhlükəsizliyi sertifikatının
verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida məhsulları
sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi
qeydiyyatına alınması. Qida təhlükəsizliyi qeydiyyatının
xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil
edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin
qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının
verilməsinə görə) rüsum müəyyən edilir.
Heyvanların, heyvan
mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini
təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş
cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması. Bu cür
nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və
xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən-5
manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.
Bir sıra hallara
görə isə rüsumlar isə artırılıb. Baytarlıq sertifikatının verilməsi
üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq
preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir
preparat)rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji
preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin
verilməsi üçün(bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin
icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manatdan manata, növündən
asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10
manata, Bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata
qaldırılıb.