Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır.
Komitədən XəzərXəbər-ə verilən məlumata görə, mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş
günü müddətində, digər vacib dəyişiklik çıxarışların elektron şəkildə
verilməsidir. Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir
– qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd
edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron
kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon
vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını
elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar.
Ümumiyətlə
əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə
edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak
çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes
əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir. Əmlakın
qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak
Kalkulyatoru işə düşüb.
Komitənin elan etdiyi yeni iş prinsipi də
artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki,
"kütləvi çıxarış” və "mobil ofis" kampaniyalarında əhali uzaq məsafə qət
etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.
Paralel
olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərini də
toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və
əhali arasında sorğular keçirilir, bu sorğular problemləri aradan
qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.