Xəzər Xəbər

OPEC neft hasilatının azaldılmasına dair sazişə martda 163 faiz əməl edib

İqtisadiyyat | 11:52 • 14 Aprel 2018
OPEC neft hasilatının azaldılmasına dair sazişə martda 163 faiz əməl edib

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu ilin mart ayında neft hasilatının azaldılması üzrə sazişə 163 faiz əməl edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.


Bildirilir ki, martda OPEC-in xam neft istehsalı fevralla müqayisədə gündəlik 200 min barrel azalaraq 31 milyon 830 min barrelə düşüb. OPEC-in xam neft istisna olmaqla şərti olmayan digər istehsalı isə sutkalıq 6 milyon 910 min barrelə çatıb. Beləliklə də, keçən ay OPEC-in ümumi neft hasilatı gündəlik 38 milyon 740 min barrel təşkil edib.


OPEC üzrə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı və Venesuelada azalıb. Səudiyyə Ərəbistanında neft istehsalı gündəlik 620 min barrel azalaraq 9 milyon 920 min barrelə enib. Venesuelada isə hasilat 580 min barrel düşərək 1 milyon 490 min barrel olub.

Xəbər lenti