Rusiya Mərkəzi Bankı 9 min nəfəri işdən çıxaracaq
Rusiyanın Mərkəzi Bankında 2019-ci ilin
sonuna qədər əməkdaşların sayında 18% faiz ixtisar qeydə alınacaq.
"RNS"in verdiyi məlumata görə, bu barədə bankın
sədr müavini Ruslan Vesterovskiy məlumat verib.
"Ümumilikdə bankının əməkdaşlarının sayı azaldılacaq. Bizim bir müddət
öncə 60 min nəfər əməkdaşımız olsa da, indi bu rəqəm 43 min nəfər təşkil
edir. İxtisardan sonra əməkdaşların sayı 43 min nəfər olacaq",-deyə
Mərkəzi Bankın sədr müavini əlavə edib./faktxəbər