Xəzər Xəbər

İlk bitkoin bankomatı quraşdırıldı

İqtisadiyyat | 17:58 • 30 Noyabr 2017
İlk bitkoin bankomatı quraşdırıldı

Kiprdə ilk bitkoin bankomatı quraşdırılıb.

XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki, kriptovalyutanın alınması üçün terminal Limasola şəhərindəki "Pitta & More” barında yerləşir.

Aparatın sahibi olan "Hello Group” şirkətindən bildiriblər ki, bu bankomat turistlər arasında populyarlığa malik olacaq. Kiprdəki bankomat bir bitkoinin 11 min dollar həddini keçdiyi "Bitkoin xəstəliyi” dövrünün pikində açılıb. Kafe sahibinin sözlərinə görə, bu vəziyyətə baxmayaraq, iki gün ərzində bankomatdan heç kəs istifadə etməyib.

Bitkoini əldə etmək üçün istifadəçilər elektron pul qabının QR-şifrəsini daxil etməlidirlər. Bundan sonra həmin an üçün ən sərfəli məzənnəni təqdim edən kriptovalyuta birjalarının biri ilə rabitə yaranacaq.

Qeyd edək ki, dünya birjalarının lideri olan "CME Group” şirkətinin kriptovalyutaların fyuçerslərə bağladığını elan etməsindən bitkoinin məzənnəsi sürətlə artmağa başlayıb. Bu layihəyə sonradan "Nasdaq” birjası da qoşulub. Bu isə ajiotajı xeyli artırıb və məzənnənin artımına səbəb olub.

Xəbər lenti