Bakı Ticarət Festivalı
("shopping festival”) ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr
ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş
rejimində fəaliyyət göstərəcək.
Palatadan
XəzərXəbər-ə verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və
qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz
yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün
günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla
gücləndirilmiş iş rejimində xidmət göstərəcək.
Festivalla
əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi
monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir
problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə
bilərlər:
Əlaqələndirici şəxs: Vüsal Həsənov. email: vüsal.hasanov@fimsa.az, tel: (+994) 12 493 50-58 (daxili 429), mob: (+994) 55 294 00 05.
Festival
zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində
həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi
internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.