Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin
ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə
bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.
"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar
növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə
daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına
"Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", -
deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, şirkətin təsisçi və
majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012
ildən "Aznar" Direktorlar Şurasının sədridir.