Xəzər Xəbər

Ronaldo yeni müqaviləyə hazırlaşır

İdman | 17:21 • 6 Noyabr 2016
Ronaldo yeni müqaviləyə hazırlaşır

“Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo gələn həftə klub ilə müqaviləsini 2021-ci ilin yayınadək uzadacaq.

Bu barədə İspaniyanın "Marca" qəzeti yazıb.

Nəşrin məlumatına görə, müqavilənin şərtləri artıq razılaşdırılıb, yalnız yeni müqavilənin müddəti dəyişə bilər.

Qeyd olunur ki, Ronaldo klubun ən yüksək məvacib alan futbolçusu olaraq qalacaq. Hazırda 31 yaşlı hücumçu vergiləri çıxdıqdan sonra həftəsinə 410 min avro qazanır.

Ronaldo 2009-cu ildən "Real"ın şərəfini qoruyur. O, İspaniya klubuna İngiltərənin "Mançester Yunayted" komandasından həmin zaman rekord sayılan 80 milyon funta transfer olunub.

Xəbər lenti