Xəzər Xəbər

“Neftçi” “Rapid”i məğlub etsə, hansı klubla qarşılaşacaq?

İdman | 11:50 • 2 Avqust 2022
“Neftçi” “Rapid”i məğlub etsə, hansı klubla qarşılaşacaq?

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

XəzərXəbər "oxu.az"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbir UEFA-nın mənzil-qərargahında təşkil olunacaq.

Turnirdə Azərbaycanın hazırkı yeganə təmsilçisi “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. 3-cü təsnifat mərhələsinin “Neftçi” - “Rapid” (Vyana, Avstriya) cütü “səpələnməmişlər” səbətində yer alacaq. Qalib pley-off mərhələsində aşağıda adları çəkilən komandalardan biri ilə qarşılaşacaq:

“Nitsa” (Fransa)

“Hayduk” (Split, Xorvatiya) - “Vitoriya” (Portuqaliya) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) - “Konyaspor” (Türkiyə) cütünün qalibi

“Vikinq” (Norveç) - “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Xəbər lenti

Çox oxunanlar