Xəzər Xəbər

Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinə start verilir

İdman | 11:28 • 2 Avqust 2022
Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinə start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

XəzərXəbər xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

Bundan başqa, "Şerif" Moldovada Çexiyanın "Viktoriya" (Plzen), Niderland PSV-si Fransada "Monako", Şotlandiya "Reyncers"i Belçikada "Yunion", Danimarka "Midtüllan"ı isə Portuqaliyada "Benfika" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

2 avqust

21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya)

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

22:00. "Monako" (Fransa) - PSV (Niderland)

22:45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)

23:00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka)

Xəbər lenti