Xəzər Xəbər

Ronaldo "Mançester Yunayted"i bu tarixədək tərk edəcək

İdman | 12:19 • 2 Avqust 2022
Ronaldo "Mançester Yunayted"i bu tarixədək tərk edəcək

Kriştiano Ronaldonun "Mançester Yunayted"i nə vaxt tərk edəcəyi bəlli olub.

İnformasiyanı AS yayıb.

Xəbərə görə, portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının (İPL) 1-ci turunun oyununa qədər "qırmızı şeytanlar"la vidalaşmaqda qərarlıdır. Ronaldonun agenti Jorje Mendeşin "Barselona", "Çelsi", "Atletiko Madrid", "Bayern Münhen" və "Napoli"nin nümayəndələri ilə danışıq apardığı, lakin 37 yaşlı forvarda hələ yeni iş yeri tapa bilmədiyi vurğulanıb. Mendeşin axtarışları davam etdirdiyi bildirilib.

Qeyd edək ki, MY İPL-in ilk turunda "Brayton"la qarşılaşacaq. Görüş avqustun 7-də keçiriləcək./Fanat.Az

Xəbər lenti