"Liverpul" Portuqaliyadan yarımmüdafiəçi transfer etməyə yaxındır.
"Mirror" xəbər verir ki, bu, "Portu"nun 27 yaşlı futbolçusu Otaviodur.
Mənbə futbolçunun agentinin danışıqları yekunlaşdırmaq üçün İngiltərədə olduğunu, "qırmızılar"ın yaxın günlərdə Portuqaliya təmsilçisinə 40 milyon avroluq rəsmi təklif göndərəcəyini açıqlayıb. Xəbərdə daha öncə digər İngiltərə klubunun - "Lids"in sözügedən braziliyalını 30 milyon avroya almaq istədiyi, lakin bu məbləğin az olduğunu bildirən "Portu" rəsmilərinin təklifi geri çevirdiyi vurğulanıb.
Otavionun "Portu" ilə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. Son mövsümdə Lissabon təmsilçisinin formasıyla ümumilikdə 49 matça çıxan "sambaçı" 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Liverpul" bir müddət öncə Portuqaliyanın digər tanınmış təmsilçisi "Benfika"nın forvardı Darvin Nunyesi transfer edib./Fanat.Az