Xəzər Xəbər

"Çelsi"nin futbolçusu "Barselona"ya keçir - Tuxel təsdiqlədi

İdman | 14:54 • 16 May 2022
"Çelsi"nin futbolçusu "Barselona"ya keçir - Tuxel təsdiqlədi

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel müdafiəçi Andreas Kristensenin mövsümün sonunda komandanı tərk edəcəyini təsdiqləyib.

Onun söylədiyini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən ictimaiyyətə çatdırıb:

"Bəli, biz mövsümün sonunda Kristenseni itirəcəyik".

Romano 26 yaşlı danimarkalının bir neçə həftə öncə "Barselona" ilə razılığa gəldiyini və iyunun 1-də azad agent qismində Kataloniya klubuna qoşulacağını vurğulayıb./fanat.az

Xəbər lenti