Xəzər Xəbər

Yayın "transfer bombası" Messi ola bilər - Atası açıqladı

Messinin doğma komandasına qayıtmaq ehtimalı həmişə var
İdman | 15:30 • 16 May 2022
Yayın "transfer bombası" Messi ola bilər - Atası açıqladı

Argentinalı futbolçu Lionel Messinin yenidən “Barselona”ya qayıdacağı ilə bağlı iddialar idman dünyasında müzakirələrə səbəb olub.

XəzərXəbər xəbər verir ki, Messinin atası Xorxe Messi oğlunun “Barselona”ya qayıtmaq istəyinin olduğunu gizlətməyib. O bildirib ki, Messinin doğma komandasına qayıtmaq ehtimalı həmişə var. Xorxe Messi deyib:

“Baş məşqçi Xavi belə Messinin geri dönməsi üçün qapıların hər zaman açıq olduğunu ifadə etdi. Ümid edirəm ki, Messi bir gün yenidən “Barselona” foması geyinəcək”.

Qeyd edək ki, “Barselona” maliyyə çətinliklərinə görə, Lionel Messi ilə müqaviləni yeniləmədiyi üçün o, "Paris Sen-Jermen" klubu ilə razılığa gəlmişdi.

Xəbər lenti

Çox oxunanlar