Xəzər Xəbər

Günün transfer xəbərləri: "Fənərbağça" "Atletiko"nun hücumçusu ilə maraqlanır

İdman | 14:18 • 16 May 2022
Günün transfer xəbərləri: "Fənərbağça" "Atletiko"nun hücumçusu ilə maraqlanır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport ES" saytı: "Vulverhempton"un futbolçusu Ruben Neveş karyerasını İspaniyada davam etdirə bilər. Portuqaliyalı yarımmüdafiəçi yay transfer pəncərəsi dönəmində "Barselona"ya keçə bilər. 

"FIchases" nəşri: Dieqo Martines "Sevilya"nın baş məşqçisi ola bilər. İspan mütəxəssis bir neçə il əvvəl klubda baş məşqçi köməkçisi işləyib.

"Sky Sports" saytı: "Ayaks" Erik ten Haqla vidalaşıb. Niderlandlı mütəxəssis yeni klubu "Mançester Yunayted"ə qoşulmaq üçün bu gün Mançester şəhərinə gedəcək.

"Mundo Deportivo" nəşri: "Atletiko Madrid" hücumçusu Luis Suaresin mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. Azad agent olan futbolçunun karyerasını İspaniyada davam etdirmək variantları var. Suaresin adı həm də "Fənərbağça"ya keçiddə hallanır.

"ESPN" saytı: "Arsenal" Paulo Dibalanın agentləri ilə əlaqə saxlayıb. Argentinalı futbolçu yayda azad agent qismində Turin klubunu tərk edəcək. A Seriyası təmsilçilərindən "İnter" və "Roma" Dibalanın xidmətində maraqlıdır. 29 yaşlı hücumçu seçim qarşısındadır. Onun ən sərfəli təklif planı təqdim edən komandanı seçəcəyi gözlənilir. 

"The Athletic" nəşri: "Quardiola "Mançester Siti"də daha iki mövqeyi gücləndirmək istəyir. Hücumçu Erlinq Holandı aldıqdan sonra ispan mütəxəssis komandada sol cinah müdafiəçisi və müdafiəyəmeyilli yarımmüdafiəçi görmək istəyir. Sonuncu Fernandinyonun yerini tutmalıdır"./fanat.az

Xəbər lenti