Xəzər Xəbər

Messi "Barselona"ya qayıtmaq istəyir - Özü AÇIQLADI

İdman | 13:41 • 24 Noyabr 2021
Messi "Barselona"ya qayıtmaq istəyir - Özü AÇIQLADI

Fransanın "Pari Sen-Jermen" futbol komandasının hücumçusu Lionel Messi Kataloniya "Barselona"sına qayıtmaq istəyindən danışıb.

Messi "Barselona"ya kömək etdiyi təqdirdə kluba qayıdacağını deyib:

“Mən həmişə demişəm ki, nə vaxtsa “Barselona”ya qayıdacam, çünki bura mənim evimdir, çünki kluba bacardığım qədər kömək etməyə çalışmaq istəyirəm. Aydındır ki, əgər kluba töhfə verə bilsəm və kömək edə bilsəm, geri qayıtmaq istərdim", - deyə Messi bildirib.

Xavinin "Barselona"ya baş məşqçi təyin olunmasına gəlincə:

“Xavi çox şey bilən və komandasını hələ uşaqlıqdan mükəmməl tanıyan məşqçidir. Gənclər üçün çox vacib insandır və onun "Barselona"nı çox inkişaf etdirəcəyinə şübhəm yoxdur", - o, “Goal” açıqlamasında vurğulayıb.

Qeyd edək ki, ulduz futbolçu "Barselona"dan PSJ-yə 2021-ci ilin avqustunda keçib

Xəbər lenti

Çox oxunanlar