Xəzər Xəbər

Çempionlar Liqası: "Beşiktaş"ın son şansı

İdman | 13:25 • 24 Noyabr 2021
Çempionlar Liqası: "Beşiktaş"ın son şansı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 8 matçı keçiriləcək.

XəzərXəbər xəbər verir ki, ikinci oyun günündə görüşlər A, B, C və D qruplarında gerçəkləşəcək.

C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa vəsiqəni rəsmiləşdirən Niderland "Ayaks"ını qəbul edəcək. Dörd turdan sonra xalı olmayan "qara qartallar" Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmaqla yanaşı, Portuqaliyada "Sportinq" və Almaniyanın "Borussiya" (Dortmund) klubları arasında oynanılacaq görüşün nəticəsini gözləməlidir. Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaq. 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
V tur

A qrupu

00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya)
00:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)

S   Komanda O Q H M V B F X
1   Mançester Siti 4 3 0 1 15 7 8 9
2   PSJ 4 2 2 0 8 5 3 8
3   Brügge 4 1 1 2 5 11 -6 4
4   Layptsiq 4 0 1 3 8 13 -5 1

 

   1/8 final         Avropa Liqası

 

B qrupu

00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya)
00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)

S   Komanda O Q H M V B F X
1   Liverpul 4 4 0 0 13 5 8 12
2   Atletiko 4 1 2 1 3 6 -3 5
3   Portu 4 1 1 2 4 6 -2 4
4   Milan 4 0 1 3 4 7 -3 1

 

   1/8 final         Avropa Liqası

 

C qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland)
00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

S   Komanda O Q H M V B F X
1   Ayaks 4 4 0 0 14 2 12 12
2   Borussiya 4 2 0 2 4 8 -4 6
3   Sportinq 4 2 0 2 9 7 2 6
4   Beşiktaş 4 0 0 4 2 12 -10 0

 

   1/8 final         Avropa Liqası

 

D qrupu

21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya)

S   Komanda O Q H M V B F X
1   Real Madrid 4 3 0 1 9 3 6 9
2   İnter 4 2 1 1 6 3 3 7
3   Şerif 4 2 0 2 6 7 -1 6
4   Şaxtyor 4 0 1 3 1 9 -8 1

 

   1/8 final         Avropa Liqası

 

Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bayern Münhen" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.

Xəbər lenti