Xəzər Xəbər

Messi Raulun rekordunu yenilədi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında (ÇL) yeni nailiyyətə imza atıb.
İdman | 10:20 • 17 Fevral 2021
Messi Raulun rekordunu yenilədi

Argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. 33 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.

 

Bununla da Messi İspaniya "Real Madrid"inin və Almaniya "Şalke"sinin keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb./publika.az

Xəbər lenti