Xəzər Xəbər

Zidan Fransa millisinin baş məşqçisi ola bilər

Zidan Fransa millisinin baş məşqçisi ola bilər
İdman | 13:43 • 14 Fevral 2021
Zidan Fransa millisinin baş məşqçisi ola bilər

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan Fransa milli futbol komandasına rəhbərlik edə bilər.

 

Bu barədə “L'Equipe” nəşri xəbər yayıb.

 

 
 

 

Hazırkı məşqçi Didye Deşamın milli komanda ilə müqaviləsi 2022-ci ildə başa çatır. O, razılaşmanı yeniləməkdən imtina edərsə, Fransa Futbol Federasiyası (FFF) bu vəzifəni Zidana təklif edə bilər.

 

“Deşamın varisi? Zidan ilə ən azından şəxsi münasibətlərimiz çox yaxşıdır. Əgər Didye millidən ayrılsa və mən hələ vəzifəmdə qalsam, bu postda görmək istədiyim ilk insan Zidan olardı”, - FFF rəhbəri Noell le Qre bildirib.

Xəbər lenti