Xəzər Xəbər

21 yaşlı hücumçu Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının 1/8 final mərhələsi Erlinq Holann üçün əlamətdar olub.
İdman | 11:04 • 18 Fevral 2021
21 yaşlı hücumçu Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin İspaniya "Sevilya"sı ilə oyunu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann üçün əlamətdar olub.

Matçın birinci hissəsində het-trik edən norveçli hücumçu ÇL-in ilk 13 matçında 18 qol vuran oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, hazırda "Sevilya" - "Borussiya" görüşündə 2-ci hissə oynanılır və hesab qonaqların xeyirinədir - 3:1. Erlinq Holann 19, 27 və 43-cü dəqiqələrdə fərqənib.

Xəbər lenti