Xəzər Xəbər

Avropa Liqası: "Sevilya" əzmkar qələbə ilə finala yüksəldi

İdman | 10:05 • 17 Avqust 2020
Avropa Liqası: "Sevilya" əzmkar qələbə ilə finala yüksəldi

UEFA Avropa Liqasında ilk finalçı müəyyənləşib. 


Bu, İspaniyanın "Sevilya" komandasıdır. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"i üzərində əzmkar qələbə qazanıb - 2:1. 


Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda təşkil olunmuş qarşılaşmada hesabı 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş dəqiq penalti zərbəsi ilə açıb. Lakin 26-cı dəqiqədə Suso, 78-ci dəqiqədə isə Lük de Yonq fərqlənib. Nəticədə "Sevilya" tarixində 6-cı dəfə finala yüksəlib. 


Digər finalçı isə avqustun 17-də Almaniyanın Düsseldorf şəhərində İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında keçiriləcək yarımfinal görüşünün qalibi olacaq. 


Qeyd edək ki, "Sevilya" bu mövsüm "Qarabağ"la eyni qrupda mübarizə aparıb. 

Xəbər lenti

Çox oxunanlar