PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişməyəcək.
Bunu ulduz futbolçu özü açıqlayıb.
21 yaşlı forvard bildirib ki, növbəti mövsümü də Paris klubunun heyətində keçirəcək: "Klubumla müqavilə müddətim 2022-ci ilə qədərdir. 50-ci ilin qeyd olunduğu bu xüsusi mövsümdə PSJ-nin formasını geyinəcəyəm".