Belçikada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejimindən sona ilk veloyürüş keçirilib.
Yarış zamanı 20 yaşlı idmançı Nils de Vriendt vəfat edib.
Hadisə Vortegem-Petegem şəhərində baş verib. İdmançı finişə 13 kilometr qalmış huşunu itirib və həkimlərin səylərinə baxmayaraq ölüb. Bununla əlaqədar olaraq yarış yarımçıq dayandırılıb.