Xəzər Xəbər

"Barselona" "ikinci Ronaldo"nu transfer edir

İdman | 15:35 • 31 Yanvar 2020
"Barselona" "ikinci Ronaldo"nu transfer edir

Luis Suaresin xidmətindən uzun müddət istifadə etməkdən məhrum olan "Barselona" uruqvaylı hücumçuya alternativ tapmaq üçün hərəkətə keçib.

Portuqaliya mətbuatı xəbər verir ki, Kataloniya təmsilçisi hazırda "Braqa" klubunda çıxış edən Françisko Trinsaonu transfer etmək niyyətindədir. Belə ki, "İkinci Ronaldo" adlandırılan 20 yaşlı Trinsao üçün "Barselona" qarşı tərəfə 20 milyon avro təklif edir. Klub keçid üçün artıq Portuqaliya təmsilçisi ilə təmasa keçib.

Qeyd edək ki, Portuqaliyanın U21 millisində də çıxış edən gənc Trinsao cari mövsümdə "Braqa" forması ilə çıxdığı 21 rəsmi oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar