Xəzər Xəbər

Kavani Premyer Liqaya doğru

İdman | 17:46 • 10 Yanvar 2020
Kavani Premyer Liqaya doğru

Londonun "Arsenal" klubu qış transfer pəncərəsində yeni hücumçu ilə güclənmək niyyətindədir.

"El Chiringuito" xəbər verir ki, "topçular" PSJ-nin uruqvaylı forvardı Edinson Kavanini transfer etmək istəyir. Komandanın yeni baş məşqçisi Mikel Arteta 32 yaşlı hücumçunu öz sərəncamında görmək niyyətindədir. PSJ ilə bu yaxınlarda müqaviləsinin müddəti başa çatacaq Kavaninin də Paris təmsilçisində qalacağı güman edilmir.

Futbolçunun həm də Madrid "Atletiko"suna keçəcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, sözügedən futbolçu 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer edilib.

Xəbər lenti