"Bavariya” rəhbərliyi "Tottenhem”dən ayrılan Maurisio Poçettinonu baş məşqçi postuna gətirmək istəyir.
"Bild” xəbər verir ki, Münhen təmsilçisinin İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və idman direktoru Hasan Salihamiciç argentinalı mütəxəssisin meneceri Covanni Brançini ilə danışıq aparıb.
Qeyd edək ki, "Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. Poçettino isə ayın 20-də anoloji səbəbdən "Tottenhem”dən kənarlaşdırılıb.
Fanat.Az