Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.
Xezerxeber.az AFFA-ya istinadla xəbər verir ki, noyabrın 22-də keçiriləcək Braziliya–Oman görüşünün hakimi İ.Məmmədov olacaq.
Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 14-dək Paraqvayda keçiriləcək.