Futbol üzrə "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Farer adaları–Rumıniya oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Xezerxeber.az AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Farer adaları–Rumıniya oyunu oktyabrın 12-də Torşava şəhərində keçiriləcək.