Xəzər Xəbər

İngiltərə Premyer Liqasının növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:22 • 1 Sentyabr 2019
İngiltərə Premyer Liqasının növbəti oyunları keçirilib -

Avqustun 31-də İngiltərə Premyer Liqasının dördüncü turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, çempionluğa iddialı iki klub "Mançester Siti” və "Liverpul” növbəti qələbələrini qazanıb.


"Liverpul” səfərdə "Börnli” klubunun qapısından üç, Mançester təmsilçisi isə öz meydanında "Brayton” komandasının qapısından dörd cavabsız top keçirərək aktivlərinə növbəti xalları yazıblar.


Günün gözlənilməz hesabı "St. Mary” stadionunda qeydə alınıb. "Mançester Yunayted” səfərdə "Southempton” qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.


UEFA Avropa Liqasının sonuncu qalibi "Çelsi" də üçüncü turda 1 xalla kifayətlənib. London təmsilçisi doğma azarkeşlər önündə "Şeffild Yunayted" komandası ilə heç-heçə edib - 2:2.


Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:


"Kristal Palas" - "Aston Villa" - 1:0;


"Lester Siti” - "Bormunt” - 3:1;


"Nyukasl Yunayted” - "Vatford” - 1:1;


"Vest Ham” - "Norviç Siti” - 2:0;


Qeyd edək ki, sentyabrın 1-də baş tutacaq iki qarşılaşma ilə tura yekun vurulacaq. Həmin görüşdə "Arsenal” klubu "Tottenhem” komandasını, "Everton” isə "Volverhemton”nı qəbul edəcək.

Xəbər lenti