Xəzər Xəbər

İtaliya A Seriyasının növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:12 • 1 Sentyabr 2019
İtaliya A Seriyasının növbəti oyunları keçirilib -

Avqustun 31-də futbol üzrə İtaliya A Seriyasının ikinci turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, son çempion "Yuventus” ötən il A Seriyanı ikinci pillədə başa vuran "Napoli”ni qəbul edib. "Allianz” stadionunda baş tutan görüşdə 7 qol vurulub. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.


Turin təmsilçisinin heyətində Danilo, Kriştiano Ronaldo, Kalidou Kulibali (avtoqol) və Qonsalo Hiquain, neapolluların heyətində isə Kostas Manolas, Hirvinq Lozano və Jovani Di Lorenzo fərqləniblər.


Günün digər oyunda "Milan” "Breşiya” komandasını minimal hesabla məğlub edib (1:0).


Qeyd edək ki, turun digər oyunu sentyabrın 1-2-də keçiriləcək.

Xəbər lenti