"Barselona"nın hücumçusu Malkom karyerasını Rusiyada davam etdirəcək.
Braziliya yığmasının üzvü "Zenit"lə anlaşıb. Klublar arasında danışıqların artıq bitdiyi bildirilir. Tərəflər 40 milyon avro və əlavə 5 milyon avro bonusda ortaq məxrəcə gəlib.
22 yaşlı vinger bu həftə Rusiyaya gedərək, tibbi müayinədən keçəcək və "Zenit"lə 5 illik sözləşməyə qol çəkəcək.
Futbolçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək. Malkom "Barselona"ya ötən il 41 milyon avro qarşılığında "Bordo"dan keçib.