Xəzər Xəbər

Futbol tarixinin ən bahalı müdafiəçisi olacaq, əgər... FOTO

İdman | 10:52 • 3 Avqust 2019
Futbol tarixinin ən bahalı müdafiəçisi olacaq, əgər...

"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" "Lester"in müdafiəçisi Harri Maquayrın transferi ilə bağlı razılığa gəlib. Razılığa əsasən, "MY" 80 milyon funt sterlinq (təqribən 87.3 milyon avro) təzminat ödəyəcək.

Bu transfer gerçəkləşəcəyi təqdirdə, 26 yaşlı ingilis oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırkı rekord 2018-ci ildə 75 milyon funt sterlinqə (təqribən 81.9 milyon avro) "Sauthempton"dan "Liverpul"a transfer olunan Vircil van Deykə məxsusdur.

Qeyd edək ki, Harri 2017-ci ildən "Lester"də oynayır.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti