Xəzər Xəbər

Dani Alveşin yeni klubu müəyyənləşdi "10 nömrə" old

İdman | 12:35 • 2 Avqust 2019
Dani Alveşin yeni klubu müəyyənləşdi

PSJ-dən ayrılan Dani Alveşin yeni klubu məlum olub.

Braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 36 yaşlı müdafiəçi "San-Paulu"ya transfer olub. Klub saytının məlumatına görə, təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb. Braziliya millisinin üzvü yeni klubunda 10 nömrəli forma altında çıxış edəcək.

Alveş "Bahia", "Sevilya", "Barselona", "Yuventus" və PSJ klublarında çıxış edib.

Image


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024