Radamel Falkaonun transferi üçün Mbaye Diagnenin satılmasını gözləyən "Qalatasaray" şad xəbər alıb.
İstanbul təmsilçisi seneqallı forvardın transferini Qəğərin "Əl Rayyan" klubu ilə razılaşdırıb. Türkiyə mətbuatının məlumatına görə, qətərlilər bu transfer üçün 14 milyon avro ödəyəcək.
Bildirilir ki, "Qalatasaray" Diagnenin satışından gələn vəsaitlə Radamel Falkaonu və ön libero mövqeyinə bir futbolçu transfer edəcək.
Fanat.Az