Xəzər Xəbər

"Barselona" yeni hücumçusunu Premyer Liqada tapdı

İdman | 17:27 • 6 May 2019
"Barselona" yeni hücumçusunu Premyer Liqada tapdı

La Liqada çempionluğunu elan edən "Barselona" transfer çalışmalarını sürətləndirib.


"El Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu "Arsenal"dan Aleksandre Lakazetteni heyətinə qatmaq üçün hərəkətə keçib. İddiaya görə, La Liqa təmsilçisi yaxın günlərdə London klubuna rəsmi təkliflə müraciət edəcək. "Barselona" "Arsenal"a bu futbolçunun qarşılığında müəyyən məbləğdə pulla yanaşı, Andre Qomes və Samuel Umtitini vermək niyyətindədi.


Qeyd edək ki, Lakazette 2017-ci ildə "Lion"dan "Arsenal"a 53 milyon avroya transfer olunub. 27 yaşlı fransalı hücumçu cari mövsümdə keçirdiyi 46 oyunda 18 qol vurub və 12 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti