Xəzər Xəbər

Qətərdən şok qərar: PSJ satılır

İdman | 11:03 • 3 May 2019
Qətərdən şok qərar:

"Qatar Sports Investments” fondu gözlənilməz qərar qəbul edib.


"Le Parisien” qəzeti xəbər verir ki, qətərli iş adamları PSJ-ni satmaq qərarına gəlib. Onlar bu addımı 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatından sonra atmaq istəyir.


Qətərlilər kluba böyük məbləğdə vəsait ayırmalarına rəğmən, onların daim tənqid edilməsindən və avrokuboklarda uğur qazana bilməmələrindən narazıdı. Onlar həmçinin 2011-ci ildən bəri 1 milyard avroya yaxın vergi ödəmələrindən məmnun deyillər.


Qeyd edək ki, "Qatar Sports Investments” 2011-c il mayın 31-də 50 milyon avro qarşılığında klubun səhmlərinin 70 faizini alıb. Bir il sonra isə bu şirkət Paris təmsilçinin yeganə sahibi olub. PSJ o vaxtdan 6 dəfə Fransa çempionu, 5 dəfə liqa, 4 dəfə isə ölkə kubokunun sahibi olub.


Fanat.Az

Xəbər lenti