Xəzər Xəbər

Sulşer təslim olmayıb: "PSJ ilə oyunu yada salsaq..."

İdman | 12:30 • 16 Aprel 2019
Sulşer təslim olmayıb: "PSJ ilə oyunu yada salsaq..."

"Səfər0:1 hesabı iləyenilmişik.Daha yaxşı oynamalı olduğumuzu bilirik. Messi və Suaresi zərərsizləşdirməsək, bizə çətin olacaq.

Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer deyib.

Norveçli çalışdırcı Çempionlar Liqasının 1/4 finalı çərçivəsində reallaşacaq "Barselona" ilə cavab oyunu ərəfəsində açıqlama verib. Sulşer özünəinam amilini qabardıb:

"Futbolçularımın hər biri bacarıqlıdı. PSJ ilə görüşdə göstərdik ki, belə güclü komandalara qarşı oynaya bilərik. Tarix "Barselona"nın daha yaxşı olduğunu deyir. Amma biz bütün diqqətimizi oyuna yönəltməliyik. İlk matçda bir anlıq oyuna nəzarəti itirdik. Lazımi şəkildə köklənmək olduqca vacibdi.Daha çox qol vursaq, şansımız artacaq. Futbolda hər şey ola bilər. Standart vəziyyətlərdən qol vura bilərik. Çünki oyunçularımız rəqibin futbolçuları ilə müqayisədə daha hündürdülər. Amma yaxşı müdafiə olunmalıyıq. 90 dəqiqə ərzində istədiyimiz nəticəni qazansaq, əla olar. Daha aqressiv oynamalı və öz oyunumuzu göstərməliyik. PSJ ilə görüşü yada salsaq, məncə, köməyi dəyəcək".

Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" matçı sabah keçiriləcək. İlk oyun "Barsa"nın 1:0 hesablı zəfəri ilə bitib./Fanat.Az

Xəbər lenti