Xəzər Xəbər

"İnter"in yeni transfer hədəfi: İlkay Gündoğan

İdman | 11:23 • 16 Aprel 2019
"İnter"in yeni transfer hədəfi:

İtaliya A Seriyasında mübarizə aparan "İnter" klubu yay transfer planlarını cızır.

XəzərXəbər"Tuttosport"a istinadən xəbər verir ki, Milan təmsilçisi İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi İlkay Gündoğanı transfer hədəfinə alıb. 28 yaşlı futbolçunun "şəhərlilər"lə yeni müqavilənin şərtlərində anlaşmaması "İnteri" daha da həvəsləndirib.

Qeyd edək ki, Almaniya millisinin üzvünün "Mançester Siti" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Xəbər lenti