"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında cavab oyunları öncəsi fikirlərini bildirib.
XəzərXəbər xəbər verir ki, Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Barselona" - "Mançester Yunayted" və "Yuventus" - "Ayaks" matçları ilə bağlı deyib: "Yuventus" və ya "Barselona"nın, hətta hər ikisinin mübarizəni dayandırmağı məni təəccübləndirməz. Nəticələr hər bir komandanın şansının qaldığını göstərir. İkinci matçlar oynanmadan kimin növbəti mərhələyə yüksəldiyi demək olmaz".