Xəzər Xəbər

İspaniya Kral Kuboku: "Barselona" “Real Madrid”i mübarizədən kənarlaşdırıb

İdman | 09:13 • 28 Fevral 2019
İspaniya Kral Kuboku: "Barselona" “Real Madrid”i mübarizədən kənarlaşdırıb

Fevralın 27-də İspaniya Kral Kubokunda ilk finalçının adına aydınlıq gəlib.


Xezerxeber.az xəbər verir ki, "Barselona” klubu "El Klassiko”da əzəli rəqibi "Real Madrid”i səfərdə böyük hesabla (3:0) məğlubiyyətə uğradaraq İspaniya Kubokunun finalına yüksəlib. Kataloniya təmsilçisinin heyətində Luiz Suares dubl edib, digər qolu isə Rafael Varan öz qapısına vurub.


Kataloniyada keçirilən ilk görüş 1:1 hesabı ilə yekunlaşdığından, "Barselona” finala vəsiqə qazanan tərəf olub.


Digər finalçının adına isə bu gün "Valensiya"-"Betis" matçından sonra aydınlıq gələcək. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesabı ilə başa çatıb.

Xəbər lenti