Xəzər Xəbər

Ölən futbolçunun ailəsindən şok açıqlama: "Öldürülüb"

İdman | 15:26 • 18 Fevral 2019
Ölən futbolçunun ailəsindən şok açıqlama: "Öldürülüb"

Manş dənizində təyyarə qəzası zamanı həlak olan futbolçu Emiliano Salanın ölümü ilə bağlı şok açıqlama verilib.


"Kardiff Siti"yə transfer olunduqdan sonra Britaniyaya yollanarkən həyatını itirən futbolçunun yaxın qohumu Martin Qatti onun öldürüldüyünü deyib.


Qatti qohumunun "Kardiff Siti" ilə müqavilə imzaladıqdan sonra qəzaya uğrayan təyyarəyə mindirən, təyyarəni icarəyə götürən və pilotla danışıqlar aparan şəxslərin araşdırılmasını tələb edib: "Bu bir qəza deyil, Emiliano öldürülə bilər. Ailəsi belə düşünür. Ortada pul varsa, başqalarının həyatını düşünməyən insanlar var".


Qeyd edək ki, bundan əvvəl futbolçunun sevgilisi Berenis Şkair də qəzada futbol mafiyasının əlinin olduğunu iddia etmişdi.


Onu da qeyd edək ki, "Nant"ın "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə satdığı Sala Uels klubunun ən bahalı transferi kimi tarixə düşmüşdü.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar