Xəzər Xəbər

Əşrəf Hakimi Afrikanın ən yaxşı gənc futbolçusu seçilib

İdman | 14:03 • 9 Yanvar 2019
Əşrəf Hakimi Afrikanın ən yaxşı gənc futbolçusu seçilib

"Borussiya Dortmund” futbol klubunun və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi 2018-ci il üçün Afrikanın ən yaxşı gənc futbolçusu adına layiq görülüb.


AZƏRTAC Afrika Futbol Konfederasiyasının (CAF) "Twitter”dəki səhifəsinə istinadla xəbər verir ki, 20 yaşlı futbolçu Konfederasiya tərəfindən ilin ən yaxşı gənc futbolçusu seçilib.


Əşrəf Hakimi Mərakeş millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatına çıxış edib. Futbolçu milli komandada 14 oyunda bir qol vurub.


Xatırladaq ki, müdafiəçi 1998-ci ildə Madriddə doğulub. Karyerasına "Real Madrid” klubunda başlayan Ə.Hakimi bu komandanın heyətində 17 oyunda 2 qol və 6 məhsuldar ötürmənin müəllifi olub. Cari mövsümdə icarə əsasında "Borussiya Dortmund”a keçən müdafiəçi bu klubda keçirdiyi 10 oyunda bir qol vurub.

Xəbər lenti

Çox oxunanlar