Xəzər Xəbər

"Barsa" "Yuve"nin futbolçusunu alır

İdman | 17:25 • 6 Dekabr 2018
"Barsa" "Yuve"nin futbolçusunu alır

"Barselona” "Yuventus”un yarımmüdafiəçisi Rodriqo Bentankuru transfer etmək istəyir.

Kataloniya təmsilçisi uruqvaylı üçün 60 milyon avro ödəməyə razıdı.

Transfer baş tutsa, məbləğin yarısı futbolçunun əvvəlki klubu "Boka Xuniors”a veriləcək. Argentinatəmsilçisi 2017-ci ildə Bentankuru "Yuventus”a 10,5 milyona satıb.


Qeyd edək ki, Bentakur bu mövsüm "Yuve” formasıyla çıxdığı 15 oyununda 2 qol vurub.

Fanat.Az

Xəbər lenti