UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub. XəzərXəbər-in məlumatına görə, ikinci oyun günündə də 3 qarşılaşma keçirilib.
"Ayaks” öz meydanında Kiyev "Dinamo”su ilə qarşılaşıb. Görüş Hollandiya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Videoton” öz meydanında AEK-i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:2.
"Yanq Boyz” isə ev oyununda Zaqreb "Dinamo”su ilə bərabərə qalıb - 1:1.