"Sabah bizi meydanda
çətin rəqib gözləyir. Hər iki komandanın Avrokuboklarda qrupa qalmaq
üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə
çalışacaq" XəzərXəbər xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransıda deyib.
Baş
məşqçi bildirib ki, mövsümün əvvəlində hədəfləri Avrokuboklarda
qruplara qalmaqdan ibarət olub: "Ancaq azarkeşlərimizi sevindirmək üçün
əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna
peşəkar biri kimi yanaşacağıq".
Q.Qurbanov ötənilki "Şerif"lə
builki arasında böyük fərq olduğunu söyləyib: "Komandanın yeni baş
məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan
bir komandaya qarşı mübarizə aparacağıq".
Onun sözlərinə görə,
cəzalı Emeqaranın sabahkı matçda olmaması onlar üçün itkidir: "Amma biz
bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə
problem var. Amma buna baxmayaraq oyuna hazırlaşmışıq".